“Fənərbağça” iranlı futbolçu transfer edir
17.07.2024 , 13:49

“Fənərbağça” mərkəz hücumçusu axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, Super Liqa klubu Sərdar Azmunu transfer gündəminə gətirib.
Bu barədə “Kicker” məlumat yayıb.
Mənbə, oyunçunun “Bayer Leverkuzen”dən ayrılacağını yazıb.
Xəbərdə, futbolçu ilə “Fənərbağça”dan başqa, “Lion”, “Sevilya” və BƏƏ-dən iki klubun da maraqlandığı bildirilir.
İstanbul klubunun alternativ siyahısında yer alan iranlı futbolçunun “Bayer”lə 2027-ci ilə qədər müqaviləsi var. Sərdarın hazırkı bazar dəyəri 8 milyon avrodur.
Mina Musayeva
