“Fənərbağça” ilk transferini reallaşdırdı
05.01.2019 , 09:15

Super Liqada çətin günlər keçirən “Fənərbağça” ilk transferini reallaşdırıb.
İstanbul təmsilçisi “Yeni Malatyaspor”un müdafiəçisi Sadık Çiftpınarı rənglərinə bağlayıb. 26 yaşlı müdafiəçinin keçidi üçün “sarı-lacıvərdlilər” qarşı tərəfə 1,3 milyon avro və Barış Alıcıyla Yiğithan Güvenlini icarəyə verib.
Qeyd edək ki, Çiftpınar 2015-ci ildən “Yeni Malatyaspor”da çıxış edirdi.
