“Fənərbağça” ilə yolları ayrıla bilər
12.05.2023 , 16:56
“Fənərbağça” yeni mövsüm üçün heyətini gücləndirməyə başlayıb.
Korner.az xəbər verir ki, İstanbul klubu “Əl-Əhli”dən icarəyə götürdüyü Ezgjan Alioski ilə yolları ayıra bilər.
31 yaşlı ilə “Fatih Karagümrük”, “Ankaragücü” və “Antalyaspor”un maraqlandığı iddia edilir.
Bu mövsüm “Fənərbağça”nın heyətində cəmi 26 matça çıxan Ezgjan Alioski 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.