“Fənərbağça” ilə müqaviləsini yenilədi
12.01.2025 , 16:44

“Fənərbağça” futbolçusu İrfan Can Kahveci ilə müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin sözləşməsi 2028-ci ilin yayına kimi artırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu bu mövsüm 22 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
