“Fənərbağça” idman direktorunu göndərir
10.12.2018 , 16:08

“Fənərbağça” idman direktoru Damien Komolli ilə yollarını ayrır.
Buna səbəb komandanın uğursuz çıxışlarıdır. Baş məşqçi Ervin Kumanla birlikdə Komollinin də göndəriləcəyi iddia edilir.
Bu mövsüm heyətə cəlb olunan futbolçuların uğursuz çıxışı oyunçuların gətirilməsində ən böyük pay sahibi olan Komollinin gedişinə təkan verib.
Qeyd edək ki, “sarı-lacivərtli”lər hazırda Superliqada 14 xalla 16-cı pillədə qərarlaşıb.
