“Fənərbağça” gənc oyunçu transfer edir
16.07.2024 , 13:00

“Fənərbağça” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”un futbolçusu Oğuz Aydını heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.
