“Fənərbağça” gənc futbolçusunu icarəyə verdi
25.07.2024 , 11:53
“Fənərbağça” gənc müdafiəçi Emir Ortakayanı Belçikanın “Vesterlo” klubuna icarəyə verib.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin yaydığı məlumatda bildirilib.
“Fənərbağça” daha öncə 20 yaşlı futbolçunu “Göztepe” və “Kocaelispor”a icarəyə göndərmişdi.
Gənc müdafiəçinin transferinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Emir Ortakayanın klubu ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
