“Fənərbaxça”lı futbolçular Caner Erkin və Uyqar Mert Zeybek avotomobil qəzası keçirib.
Korner.az-ın məlumatına görə, bu xəbəri türk mediası yazıb.
Hadisə İstanbul Üsküdar ilçəsində baş verib
Məşqdən sonra bazadan ayrılan Caner və Mert Zeybekin olduğu avtomobilə eyni istiqamətdə hərəkət edən digər maşın çırpılıb.
Nəticədə Canerin avtobilinə böyük zərər dəysə də, futbolçular hadisədən heç bir yara almadan qurtula bilib. Digər avtomobilin sürücüsü isə yaralanıb və o, dərhal xəstəxanaya aparılıb.
|
