“Fənərbağça” Fredin keçidini rəsmiləşdirdi
13.08.2023 , 19:37

“Fənərbağça” braziliyalı yarımmüdafiəçi Fred ilə müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Yunayted”dən transfer olunan 30 yaşlı futbolçu ilə 4+1 illik sözləşmə imzalanıb.
