“Fənərbağça” fransalı futbolçunu göndərdi
22.02.2020 , 17:55

“Fənərbağça” futbolçusu Adil Rami ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi fransalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Rami mövsümün əvvəlində “Fənərbağça” ilə 1+1 illik müqavilə imzalamışdı. “Lill”, “Valensiya”, “Milan”, “Marsel” və “Sevilya”da da oynamış 34 yaşlı futbolçu, İstanbul təmsilçisində heyətə düşməkdə çətinlik çəkirdi.
