“Fənərbağça” evdə “Nottingem Forest”ə məğlub oldu – Video
20.02.2026 , 10:30
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları keçirilib.
Korner.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu İngiltərə təmsilçisi ”Nottingem Forest” ilə üz-üzə gəlib.
Görüş İstanbul təmsilçisi üçün uğursuz alınıb. Meydan sahibləri rəqibinə 0:3 hesabı ilə məğlub olublar.
Qonaq komandanın heyətində Murillo 21-ci dəqiqədə hesabı açıb. İlk hissənin sonlarında Xesus fərqi artırıb. İkinci yarının əvvəlində isə Qibs-Vayt dəqiq zərbə ilə matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 26-da baş tutacaq.