Türkiyə millisinin sabiq üzvü Əmrə Bəlözoğlu “Fənərbağça”dan qovulub.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçinin bitən müqaviləsi yenilənməyincə o, komandadan uzaqlaşdırılıb.
Türkiyəli həmkarlarımıza açıqlama verən Əmrə komandadan göndərildiyi xəbəri televiziyadan eşitdiyini deyib:
“Mənimlə görüşəcəklərini demişdilər. Üstünlüyü hər zaman “Fənərbağça”ya verdiyim üçün başqa komandalarla danışıq aparmadım. Ancaq görünür mənimlə danışmağa ehtiyac görməyiblər. Xəbəri televiziyadan öyrəndim. Belə ayrılmaq xoş deyil”.
