“Fənərbağça” Depay üçün hərəkətə keçdi
17.02.2026 , 22:00
“Korintians”ın hücumçusu Memfis Depayın Avropaya dönüş ehtimalı yaranıb.
Korner.az xəbər verir ki, “Fənərbağça” 32 yaşlı futbolçunun keçidi üçün danışıqlara start verib.
İstanbul təmsilçisi təcrübəli forvardı heyətinə qatmaqda israrlıdır. Lakin niderlandlı oyunçu tələsmir. Ona Səudiyyə Ərəbistanından “Əl-Əhli” və “Əl-Şabab”, BƏƏ-dən isə “Əl-Vasl” klubları da maraq göstərir.
Hazırda tərəflər arasında ilkin təmaslar qurulub və “Fənərbağça” rəhbərliyi transferi qısa müddətdə yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Depay karyerası ərzində PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko Madrid” kimi klublarda çıxış edib.