“Fənərbağça”nın slovak futbolçusu Miroslav Stok rus klublarının gündəmindən düşmür.
Korner.az xəbər verir ki, “sarı-lacivərdlilər”in yarımmüdafiəçisi iki Rusiya klubunun hədəfindədi.
Bunlar: Moskva “Dinamo”su və Mahaçqalanın “Anji” klublarıdı. “Anji”nin transfer üçün ayırdığı məbləğ də bəllidi: 17 milyon avro. Hətta mahaçqalalıların “Fənər”ə bu təkliflə müraciət etdikləri də söylənilir. Ancaq Türkiyə klubu bu təklifi qəbul etməyib. Bununla belə, “Anji”nin baş məşqçisi Quus Hiddinkin yanvarda yenidən “sarı-lacivərdlilər”in qapısını döyəcəyi söylənilir.
Futbolçunun meneceri rus klublarından təklif aldıqlarını təsdiqləyib.
