"Fənərbağça" daha bir futbolçunun keçidini həll edib. Korner.az-ın məlumatına görə, "sarı lacivərtlilər" "Beşiktaş"ın müdafiəçisi Egemen Korxmazı heyətinə qatıb. Bu gün "sarı bülbüllər"in rəsmi saytı bu haqda məlumat yayıb. Xəbərdə bildirilir ki, Türkiyə millisinin də formasını geyinən müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
