Türkiyə Super Liqası final mərhələsində "Fənərbağça" və "Beşiktaş" klublarının üz-üzə gəldiyi matçda "sarı-lacıvərdlilər"in qapıçısı Volkan Dəmirəlin zədə alması və ayağına 9 dikiş vurulması ilə bağlı xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, əlcək sahibinin zədəsi "İsmət İnönü" stadionunda oynanılacaq cavab qarşılaşmasında oynamasına mane olacaq. Futbolçu həkim müayinəsindən keçdikdən sonra təqribən 10 gün yaşıl meydanlardan kənar qalacağı aydınlaşıb.