Çempionlar Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vurulub. Korner.az-ın məlumatına görə, son oyun günündə 5 qarşılaşma baş tutub.
Ukraynanın "Dinamo" (Kiyev) klubu doğma meydanda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşıb. İlk görüşdə səfər meydanında 3:1 hesablı qələbə qazanan kiyevlilər doğma azarkeşlər önündə Almaniya təmsilçisinə 1:2 hesabı ilə məğlub olub. Lakin buna baxmayaraq "Dinamo" qrup mərhələsinə vəsiqə qazanıb.
Fransanın "Lill" klubu isə səfərdə 0:1 hesabı ilə məğlub olduğu Danimarka "Kopenhagen"nini qonaq edib. Bu qarşılaşmada Fransa təmsilçisi bir əsas və bir də əlavə vaxtda qol vuraraq 2:0 hesabı ilə qələbə qazanaraq qrup mərhələsinə vəsiqə əldə edə bilib.
Türkiyənin "Fənərbağça" komandası isə Moskva "Spartak"ı ilə üz-üzə gəlib. "Şükrü Sracoğlu"da baş tutan matçda tərəflər hərəyə bir dəfə fərqlənib – 1:1. Bu hesab Rusiya təmsilçisini qrup mərhələsinə daşıyıb. Çünki "Spartak" ilk görüşdə öz meydanında 2:1 hesabı ilə "sarı lacivərtlilər"ə qalib gəlmişdi.
Qeyd edək ki, dünən keçirilən 5 oyunla qrup mərhələsinin daha 5 sahibi müəyyənləşib. Bunlar BATE, "Dinamo", "Braqa", "Malaqa" və "Anderlext" klublarıdır.
29 avqust
Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları
23:45. “Fənərbaxça” (Türkiyə) – “Spartak” (Rusiya) (İlk oyun – 1:2) – 1:1
Qollar: Ari, 6 (0:1), Sou, 69 (1:1)
Qırımızı vərəqə: De Zeuv, 80 ("Spartak")
23:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Borussiya” ( Münhenqladbax, Almaniya) (İlk oyun – 3:1) – 1:2
Qollar: Kaçeridi, 70-avtoqol, Aranqo, 78 , İdeye, 88
23:45. “Seltik” (Şotlandiya) – “Helsinqborq” (İsveç) (İlk oyun – 2:0) – 2:0
Qollar: Hooper, 30, Vanyama, 88
23:45. “Kluj” (Rumıniya) – “Bazel” (İsveçrə) (İlk oyun – 2:1) – 1:0
Qol: Kapetanos, 20
23:45. “Lill” (Fransa) – “Kopenhagen” (Danimarka) (İlk oyun – 0:1) – 2:0
Qollar: Diqne, 43, Melo, 105
28 avqust
23:45. "Hapoel" (Kiryat Şmona, İsrail) – BATE (Belarus) (İlk oyun – 0:2) – 1:1
Qollar: Lenkse, 67 (1:0), Pavlov, 90 (1:1)
23:45. "Anderlext" (Belçika) – "AEL" (Kipr) (İlk oyun – 1:2) – 2:0
Qollar: Kanu, 81 (1:0), Lakovenko, 89 (2:0)
23:45. "Udineze" (İtaliya) – "Braqa" (Portuqaliya) (İlk oyun – 1:1) – 1:1 (Penaltilər seriyası – 4:5)
"Udineze": + + – +
"Braqa": + + + + +
Qollar: Armero, 25 (1:0), Mikael, 72 (1:1)
23:45. "Maribor" (Sloveniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) (İlk oyun – 1:2) – 0:1
Qol: Tonel, 12 (0:1)
23:45. "Panatinaikos" (Yunanıstan) – "Malaqa" (İspaniya) (İlk oyun – 0:2) – 0:0
