Türkiyə kubokunda final matçı keçirilib. Korner.az-ın məlumatına görə, həlledici qarşılaşmada "Bursaspor"la "Fənərbağça" üz-üzə gəlib.
Superfinalın son matçında "Qalatasaray"ı evdə məğlub edə bilməməklə çempionluğu əzəli rəqibinə verən "sarı bülbül"lər kuboku Kadıköyə aparmağı bacarıb. Sonuncu dəfə 1983-cü ildə kuboka sahib çıxan "Fənərbaxça" bu görüşdə 29 illik həsrətə son qoyaraq rəqibini 4:0 hesabı ilə məğlub edib.
16 may
Türkiyə kuboku, final matçı
"Bursaspor" – "Fənərbaxça" – 0:4
Qollar: Caner Erkin, 2 (0:1), Kristian Baroni, 45 (0:2), Semih Şəntürk, 59 (0:3), Aleks, 78 (0:4)
