TFF “Fənərbağça”nı cəzalandırıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb “sarı lacivərdli” azarkeşlərin derbidə söyüşlü şüarlar səsləndirməsi olub.
Buna görə, klub 150 min lirə cərimə ödəyəəcək. Bu artıq 3-cü belə analoji haldır.
Əgər “Fənərbağça” azarkeşləri bunu bir daha təkrar edərlərsə komanda azarkeşsiz oynama cəzasına məruz qalacaq.
