“Fənərbağça” bu mövqeni gücləndirəcək
30.04.2024 , 13:58

“Fənərbağça” yeni mövsümdə yarımmüdafiə xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, klub bu mövqe üçün artıq yeni namizəd də tapıb.
İstanbul təmsilçisi “Seltik”dən Matt O’Rilini transfer etmək istəyir.
Klub rəhbərliyi mövsümün sonunda 23 yaşlı gənc futbolçu üçün hərəkətə keçəcək.
Bu mövsüm “Seltik”in heyətində 43 oyun keçirən danimarkalı yarımmüdafiəçi 14 qol vurub, 16 məhsuldar ötürmə edib.
