Türkiyənin “Fənərbağça” klubu bir legioneri ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, “sarı-lacivərtlilər” isveçli yarımmüdafiəçi Samuel Holmeni icarəyə verib.
Belə ki, təcrübəli futbolçu 2015/2016-cı il mövsümünün sonunadək icarə əsasında Aykut Kocamanın başçılıq etdiyi “Torku Konyaspor”da çıxış edəcək.
