“Fənərbağça” bu futbolçu ilə yolları ayırdı
01.02.2021 , 20:32

“Fənərbağça” futbolçusu Tolga Çiğerci ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Tolga Ciğerci 2018-ci ildən İstanbul təmsilçisində çıxış edirdi.
