“Fənərbağça” bu dəfə də onun üçün təklif göndərir
24.04.2025 , 13:58

“Fənərbağça” yeni mövsüm üçün transfer axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Qaziantep”də çıxış edən Kacper Kozlovski ilə maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, klub rəhbərliyinin 21 yaşlı futbolçu ilə bağlı Antep prezidenti ilə görüşəcəyi və məsələni müzakirə edəcəyi iddia olunub.
Bundan başqa, “Fənərbağça” nın Kozlovski üçün 5 milyon avro büdcə ayırdığı da bildirilib.
