"Fənərbağça" "Beşiktaş"ın aparıcı üzvü olan Egemen Kormazı transfer edir.
Korner.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, "sarı-lacıvərdlilər" 30 yaşlı müdafiəçi ilə hər barədə razılığa gəlib. Və irəliləyən saatlarda transfer klubun rəsmi saytında öz əksini tapacaq.
2011-2012 mövsümünün əvvəlində "Trabzonspor"dan "qara-qartallar"a keçən Korkmaz çıxdığı 50 matçda 4 qol vurmağı bacarıb.
