“Fənərbağça” – “Beşiktaş” matçı Bakıda?
06.01.2022 , 11:21

2011-ci il Türkiyə Super Kuboku oyunu Bakıda keçiriləcək.
Korner.az-ın məlumatına görə. belə bir iddia ilə qardaş ölkənin məşhur jurnalisti Ertem Şener çıxış edib. O, özünün rəsmi feysbuk hesabında verdiyi məlumatda bildirib ki, “Fənərbağça” ilə “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Avqust ayında keçiriləcək qarşılaşmanın tarixi bəlli deyil.
Qeyd edək ki, 2011-ci ildə “Fənərbağça” Türkiyə çempionu olub, “Beşiktaş” isə ölkə kubokunu qazanıb. Ancaq oyun alveri ilə bağlı araşdırmalar başlandığından Super Kubok matçı keçirilməyib.
