“Fənərbağça” baş məşqçisiz qaldı
02.03.2020 , 19:51

“Fənərbağça” klubu baş məşqçisi Ersun Yanalla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, 57 yaşlı mütəxəssis klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Tərəflər arasında baş tutan görüşdən sonra müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Qeyd edək ki, Ersun Yanal 2018-ci ildən “Fənərbağça”da işləyirdi.
