“Fənərbağça” baş məşqçini göndərir
02.06.2023 , 13:19

Mövsümün sonunda “Fənərbağça” baş məşqçisi Xorxe Jesusla yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi mütəxəssisi göndərəcəyi təqdirdə, onu əvəzləyəcək birini tapıb.
Türkiyə mətbuatının xəbərinə görə, “Dəmirspor”un çalışdırıcısı Montellanın “Fənərbağça”ya keçəcəyi gözlənilir.
Xəbərlərdə italiyalı çalışdırıcının Türkiyədə qalacağı, lakin yeni təcrübə üçün “Adana Dəmirspor”dan ayrılmağa hazır olduğu bildirilib.
Mina Musayeva
