Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Pierre Vebo komandası ilə birgə məşqlərə qoşulub.
Korner.az-ın məlumatına görə, bir müddətdir ki, zədədən əziyyət çəkən futbolçu artıq zədəsini sağaldıb.
Vebo uzun müddətdən sonra bu gün saat 19:00-da komanda yoldaşları ilə birgə ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Fənərbağça" martın 10-da "Trabzonspor"un qonağı olacaq.
