“Fənərbağça” axtardığı qapıçını Fransada tapdı
15.05.2025 , 16:03

Dominik Livakoviç mövsümün sonunda “Fənərbağça”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, qolkiperin xidmətində “Fiorentina” maraqlıdır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, bu səbəbdən İstanbul klubunun qapıçı axtarışlarına başladığı bildirilib.
Superliqa təmsilçisi “Lion”un əlcək sahibi Lukas Perrini ilə yaxından maraqlanır. Türkiyə nəhəngi oyunçu üçün Fransa klubuna 7 milyon avroluq təklif göndərəcək.
Braziliyalı qolkiper bu mövsüm 44 matçda meydana çıxıb və 12 dəfə qapısını təmiz saxlamağı bacarıb.
