“Fənərbağça” axtardığı müdafiəçini tapdı
30.05.2023 , 11:00

“Fənərbağça” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul klubu bir müddətdir ki, yaxından izlədiyi Rodriqo Bekao ilə əlaqə saxlayıb.
İtaliya mətbuatında yer alan xəbərə görə, “Fənərbağça” “Udineze”nin futbolçusu üçün 5 milyon avro təklif edib. İtaliya klubunun isə Bekao üçün 10 milyon avro istədiyi bildirilib.
Futbolçu ilə anlaşan “Fənərbağça” müdafiəçinin klubu ilə danışıqları davam etdirir.
