“Fənərbağça” “Arsenal”dan futbolçu transfer edir
20.06.2024 , 13:39

“Fənərbağça”nın yeni mövsüm üçün transfer çalışmaları bütün sürətiylə davam edir.
Korner.az xəbər verir ki, İstanbul tənsilçisi Tomas Parteyi heyətinə qatamağı planlaşdırır.
İngiltərə mətbuatında yayılan xəbərə görə, Türkiyə klubu artıq “Arsenal”la danışıqlara başlayıb.
Ötən mövsüm zədələrlə mübarizə aparan Partey “Arsenal”la 16 matçda iştirak edib.
