“Fənərbağça” 3 xalı 3 qolla qazandı
28.06.2020 , 14:19

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Fənərbağça” evdə “Yeni Malatyaspor”u qəbul edib. Meydan sahibləri bu görüşdə qalib gəlib – 3:2.
“Fənərbağça” hazırda 46 xalla 6-cıdır.
“Fənərbağça” – “Yeni Malatyaspor” – 3:2
Qollar: Vedat Muriç, 70, Ozan Tufan, 90+1, 90+6 – Yussuf Ndayişimiye, 81, Mitçell Donald, 89
Qırmızı vərəqə: Gökhan Töre, 65 (Yeni Malatyaspor)
