Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” icarə əsasında “Qalatasaray”da oynayan Jozueni transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, bu haqda “Fanatik” xəbər yayıb.
“Sarı-lacivərtlilər” “Porto”ya məxsus olan oyunçu üçün təklif göndərib.
Portuqaliya təmsilçisinin isə təklif müsbət yanaşdığı bildirilir.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçinin “Porto” ilə 2018-ci ilə qədər müqaviləsi var.
Qeyd edək ki, Jozue bu mövsüm “Qalatasaray”ın heyətində 24 oyuna 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
