Fəhmin Muradbəyli: “Oyunumuz istədiyimiz kimi gedirdi”
17.10.2018 , 09:45

“Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı”.
Bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə heç-heçə etdikləri oyunu (1:1) dəyərləndirən gənc hücumçu vurduğu qoldan danışıb:
“Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik”.
