“Eyüpspor”dan ayrılan Tiam “Çorum”da
07.01.2026 , 14:00
“Eyüpspor”dan ayrılan seneqallı forvard Mame Tiam yeni ünvanını tapıb.
Korner.az xəbər verir ki, o, Türkiyə I Liqa klubu “Çorum”la razılığa gəlib.
33 yaşlı futbolçu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tiam əvvəllər “Yuventus”, PAOK, “Empoli”, “Kasımpaşa”, “Fənərbağça” və “Kayserispor” kimi klublarda çıxış edib.