“Eyüpspor” Selçuk Şahinlə yollarını ayırdı
05.10.2025 , 14:30
Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, “Eyüpspor” klubu Selçuk Şahinlə əməkdaşlığa son qoyub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssis Super Liqanın 8-ci turunda “Kocaelispor”la oyundan sonra istefa ərizəsini təqdim edib və rəhbərlik bunu qəbul edib.