Portuqaliyanın futbol əfsanəsi Eysebiyonun öldüyünü xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, 71 yaşlı futbolçunun ölümündən sonra Portuqaliya höküməti ölkədə 3 günlük beynəlxalq yas elan edilməsinə qərar verib. Belə ki, Portuqaliya hökümətinin mətbuat katibi Luiz Marquez verdiyi açıqlamada Eysebiyonun ölümündən ardından 3 günlük matəm elan edildiyini bildirib.
Məsələ ilə bağlı açıqlama verən Portuqaliyanın ölkə başçısı Anibal Kavako Silva Portuqaliyanın əziz övladlarından birini itirdiklərini bildirib.
Qeyd edək ki, hazırda Portuqaliyanın paytaxtı Lissabonda bayraqlar yarıya qədər endirilib və futbolçunun klubu "Benfika"nın "Luz" stadionun qarşısındakı Eysebiyonun heykəli vətəndaşlar tərəfindən ziyarət edilir.
Onu da bildirək ki, Portuqaliya Federasiyasının verdiyi məlumata görə, ölkə çempionatının gələn turunun bütün oyunlarında mərhumun ruhu 1 dəqiqəlik sükutla yad ediləcək.
