10 ildir "Everton"da çıxış edən Toni Hibbert nəhayət komandasında ilk qolunu vurmağa müvəffəq olub.
Korner.az-ın məlumatına görə, karyerası ərzində "Everton"dan başqa heç bir klubda top qovmayan Hibbert AEK-a ilə oynanılan matçda ilk qolunu vurub. Cərimə zərbəsini gözəl şəkildə yerinə yetirən 31 yaşlı futbolçu bir anda azarkeşlərin sevimlisinə çevrilib.
Hibbert həmin günün onun üçün nağıl gecəsi olduğunu qeyd edib.
