“Everton”u çalışdıra biləcək yeganə namizəd
10.01.2025 , 15:53
Ötən gün Şon Dayçla yollarını ayıran “Everton” yeni baş məşqçi axtarışlarına başlayıb.
Korner.az xəbər verir ki, Premyer Liqa klubu baş məşqçi postuna Devid Moyesi bir nömrəli namizəd olaraq görür.
Bu barədə BBC məlumat yayıb.
Xəbərə görə, tərəflər arasında hələlik razılıq əldə olunmasa da, “Everton” rəhbərliyi ilə Moyes arasında danışıqlar davam edir.
Son olaraq “Vest Hem”i çalışdıran 61 yaşlı mütəxəssis 2024-cü ildən bəri klubsuzdur.
Mina Musayeva