“Everton”dan növbəti transfer
09.09.2020 , 16:58
“Everton” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Liverpul təmsilçisi “Uotford”un yarımmüdafiəçisi Abdulaye Dukureni transfer edib.
“Everton” bu keçid üçün 25 milyon funt-sterlinq təzminat ödəyib. 27 yaşlı oyunçu ilə 3+1 illik müqavilə imzalanıb.
Fransalı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.