“Everton”dan Liqa 1 klubuna
24.06.2020 , 20:58
“Nitsa” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liqa 1 təmsilçisi “Everton”dan yarımmüdafiəçi Morqan Şneyderlini transfer edib.
Şneyderlin tezliklə “Nitsa”da tibbi baxışdan keçəcək və rəsmi müqaviləyə imza atacaq.
Şneyderlin “Everton”a 2017-ci ildə “Mançester Yunayted”dən transfer olunub.