“Everton”dan ayrılsa, “Beşiktaş”a keçəcək
17.05.2023 , 15:42

“Beşiktaş” “Everton”dan Yerri Minanı heyətinə cəlb edə bilər.
Korner.az xəbər verir ki, klub rəhbərliyi kolumbiyalı müdafiəçi üçün hərəkətə keçib.
Şenol Günəşin də bu futbolçunu heyətdə görmək istədiyi bildirilir.
Yerri Mina bu mövsüm İngiltərə Premyer Liqasında 6 oyuna çıxıb. Keçirilən bu matçlarda 1 qol vuran futbolçunun hazırkı bazar dəyəri 12 milyon avrodur.
