“Everton”dan “Ayaks”a
23.06.2020 , 19:59
“Everton”un qapıçısı Martin Stekelenburq “Ayaks”a qayıdıb.
Korner.az xəbər verir ki, bu barədə Niderland təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Onun “Everton”la müqaviləsinin müddəti başa çatdığı üçün “Ayaks”a azad agent kimi keçib.