“Everton”da ciddi itki
03.06.2020 , 18:34

“Everton”nun müdafiəçisi Yerri Mina sıradan çıxıb.
Korner.az xəbər verir ki, futbolçu keçən həftə məşqdə zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müayinə zamanı futbolçunun sol ayaq əzələsində yırtığın olduğu məlum olub. Futbolçu bir neçə həftə məşqlərdən kənar qalacaq.
