“Everton” 4 futbolçunu göndərdi
27.05.2025 , 10:00

“Everton” 4 futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, söhbət komandanın yarımmüdafiəçiləri – Cek Harrison, Yesper Lindström, Orel Manqala və hücumçu Armando Brojadan gedir.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gələn ay icarə müqaviləsinin müddəti başa çatacaq oyunçular doğma klublarına qayıdacaqlar.
