“Everton” yeni transferini rəsmən açıqladı
30.07.2024 , 23:35

Premyer Liqa təmsilçisi “Everton” sürpriz transfer edib.
Korner.az xəbər verir ki, İngiltərə klubu “Lion”un müdafiəçisi Ceyk O’Brayanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Everton” bu keçid üçün “Lion”a 20 milyon avro ödəyəcək.
İrlandiyalı futbolçu ilə 4 illik müqavilə imzalandığı bildirilib.
