“Everton” Tarkovski ilə yeni müqavilə bağladı
08.10.2025 , 20:54
İngiltərə “Everton” klubu müdafiəçi Ceyms Tarkovski ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin mətbuat xidməti 32 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalandığını açıqlayıb.
Tarkovski 2022-ci ilin yayında “Everton”a transfer olunub. Təcrübəli müdafiəçi bu mövsüm “mavilər”in heyətində 9 rəsmi oyunda meydana çıxıb.