“Everton” satışa çıxarıldı
19.05.2023 , 10:58
İngiltərə Premyer Liqasında qalmaq üçün mübarizə aparan “Everton” satışa çıxarılıb.
Korner.az xəbər verir ki, klub sahibləri satışdan 600 milyon funt-sterlinq gözləyirlər.
“Daily Mail”in yaydığı məlumata görə, Premyer Liqa klubunun sahibi Fərhad Moşiri “Everton”u satmaq müqabilində Amerikanın “777 Partners” investisiya fondu ilə anlaşıb.
Amerika şirkətinin şərti İngiltərə klubunun Premyer Liqada qalmasıdır.