“Everton” “Mançester Yunayted”i darmadağın etdi
21.04.2019 , 18:24

İngiltərə çempionatında 35-ci turun görüşləri davam edir.
Qonşu pillələrdə qərarlaşan “Everton” və “Mançester Yunayted” “Gudison Park”da qarşılaşıblar. Görüş meydan sahibi klubun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə çempionatı / 35-ci tur:
21 aprel, bazar
“Everton” – “Mançester Yunayted” 4:0
Qollar: 13′ Riçarlison (1:0), 28′ Gifli Sigorson (2:0), 56′ Lukas Dinye (3:0), 64′ Teo Uolkot (4:0)
Qeyd edək ki, “Everton” bu qələbə ilə 49-cu xalını qazanıb və 7-ci pilləyə yüksəlib. “Mançester Yunayted” isə əvvəlki kimi 64 xal ilə 6-cıdır.
