İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” futbolçusu Romelu Lukakunun transferi üçün tələb etdiyi məbləği açıqladı.
Korner.az-ın məlumatına görə, bu haqda ingilis mətbuatı xəbər yayıb.
“Everton” belçikalı futbolçunu komandada saxlamaq istəsə də, Lukaku başqa bir klubda oynamaq niyyətindədir. Buna görə də “göylər” hücumçunu satmaq qərarına gəlib. “Everton”la 2019-cu ilə qədər müqaviləsi olan oyunçu üçün rəhbərlik 125 milyon avro tələb edir.
Xatırladaq ki, 2014-cü ildə “Çelsi”dən “Everton”a transfer olan Romelu bu mövsüm 34 oyuna 25 qol vurub və 7 məhsuldar ötürmə edib.
